Biznes mərkəzləri · Tikinti şirkətləri · Holdinqlər

Biznesi idarə edin.Excel-i yox.

Müqavilələr, hesab-fakturalar, borclar, ödənişlər və maaşlar bir sistemdə aparılır. Təkrarlanan işləri JamPro özü görür, siz isə vaxtınızı qərar verməyə sərf edirsiniz.

Oktyabr, 2026Bütün şirkətlər · canlı
Hesablanıb412 860.00 ₼+8.4%
Yığılıb371 240.00 ₼90% yığım
Gecikən borc41 620.00 ₼−12% ay ərzində
Aktiv müqavilə1 284+37 yeni
Yığım, son 12 ay
Son ödənişlər
BC-C-004121 240.00 ₼Ödənilib
BC-R-000873 600.00 ₼Qismən
BC-C-01105186.40 ₼Ödənilib
BC-P-0023390.00 ₼2 ay gecikir
Ödəniş qəbul edildiMPAY · 245.00 ₼ borcu bağladı
Hesablama bitdi13:00 · 1 284 müqavilə
Xatırlatma göndərildiSMS · 128 gecikən abunəçiyə

Ekrandakı rəqəmlər nümunədir.

Bu gün işləyir

Beş kompleks
artıq JamPro ilə işləyir.

Bu gün Bakının beş yaşayış kompleksində mənzillərin kommunal ödənişləri, parkinq və icarəyə verilən ofis və mağazaların uçotu JamPro-da aparılır.

CanlıGrand HayatYaşayış kompleksi, Bakı
CanlıPark AzureYaşayış kompleksi, Bakı
CanlıAzure ResidenceYaşayış kompleksi, Bakı
CanlıHayat PalaceYaşayış kompleksi, Bakı
CanlıYeni Hayat PlazaYaşayış kompleksi, Bakı
Mənzillərin kommunal ödənişi

Hər mənzil üçün aylıq hesablama aparılır, sakin onlayn ödəyir və borc elə həmin an bağlanır.

Parkinq: kommunal və icarə

Hər avtomobilin öz tarifi, müqaviləsi və ödəniş tarixçəsi var.

Qeyri-yaşayış sahələrinin icarəsi

Ofis və mağazaların icarə müqavilələri, hesab-fakturaları, ƏDV-si və borcları bir yerdə uçota alınır.

Tanış mənzərə

Ay sonu.
Yenə.

Bu mənzərə çox şirkətə tanışdır. Bəlkə sizə də.

09:40 · rəhbər soruşur

“Bu kirayəçi borcludur, ya yox?”

Cavabı tapmaq üçün üç Excel faylına baxmaq, iki mühasibdən soruşmaq və WhatsApp qrupunu axtarmaq lazımdır.

12:15 · mühasibat

“Hesab-fakturalar hazırdır?”

Hələ yox. Yüzlərlə abunəçinin hesabı əllə hazırlanır, birində səhv çıxanda hamısı yenidən yoxlanılır.

15:30 · hüquq şöbəsi

“Bu müqavilə nə vaxt bitib?”

Keçən ay bitib, amma heç kim fərqinə varmayıb. Xidmət isə hələ də göstərilir.

18:50 · kadrlar

“Maaş cədvəli düzgündür?”

Yəqin ki, düzgündür. Yoxlamağa vaxt qalmadı, sabah ödəniş günüdür.

21:05 · direktor

“Bu ay nə qədər pul yığdıq?”

Hər ay eyni cavabı eşidirsiniz: “Sabah hesablayıb deyərik.”

JamPro ilə bu sualların cavabını axtarmağa ehtiyac qalmır. Cavab artıq ekrandadır və qəpiyinə qədər dəqiqdir.

Nəticələr

Gündəlik işləri
sistem görür.

Komandanız cədvəldən cədvələ rəqəm köçürmür, vaxtını müştəriyə və satışa ayırır.

Avtomatik hesablama

Hesablama avtomatik aparılır.

JamPro gündə iki dəfə bütün müqavilələri yenidən hesablayır: kommunal, icarə və parkinq, ƏDV ilə birlikdə. Borclar həmişə aktual olur və bunun üçün heç kim gecə işdə qalmır.

  • Yeni tarif qüvvəyə mindiyi gündən tətbiq olunur
  • ƏDV qəpiyinə qədər
  • Hər şirkət hesablama vaxtını özü seçir
Borc nəzarəti

Heç bir borc gözdən qaçmır.

Kimin nə qədər və neçə aydır borclu olduğu bir hesabatda görünür. Xatırlatma SMS-ləri avtomatik göndərilir.

1 ay18 400
2 ay11 350
3 ay7 020
3 ay+4 850
Onlayn ödənişlər

Ödəniş gələn kimi borc bağlanır.

MPAY və ya Hesab.az ilə ödənilən məbləğ dərhal aid olduğu müqaviləyə yazılır. Bank çıxarışını gözləməyə və ödənişləri əllə tutuşdurmağa ehtiyac qalmır.

M
Mənzil 14/52MPAY terminal · indi
+186.40 ₼
H
Ofis B-0712Hesab.az · 2 dəq əvvəl
+3 600.00 ₼
M
Parkinq 90-XX-515MPAY · 5 dəq əvvəl
+90.00 ₼
Mənzil satışı

Binanı mərtəbə-mərtəbə görün.

Hansı mənzilin satıldığı, hansının rezervdə, hansının boş olduğu bir baxışda görünür. Hər alıcının hissə-hissə ödənişləri də nəzarətdədir.

SatılıbRezervBoş
Əmək haqqı

Maaş günü sakit keçir.

Tabel, məzuniyyət, vergilər və mühasibat yazılışı bir-birinə bağlıdır. Maaşı hesablamaq üçün bir düyməni basmaq kifayətdir.

1 düymə
Nəzarət və audit

Hər əməliyyatın məsulu bəllidir.

Sənədi bir nəfər hazırlayır, başqası təsdiqləyir. Kimin nəyi nə vaxt dəyişdiyi jurnalda qeyd olunur.

Mühasib hazırlayır→Maliyyə direktoru təsdiqləyir→Yazılış kitaba düşür
Rəhbər üçün

Qrupun bütün şirkətləri bir paneldə.

Gəliri, yığımı, borcu və xərcləri hər şirkət üzrə ayrıca və ya bütün qrup üzrə birlikdə görürsünüz. İstənilən rəqəmin üstünə basanda onun arxasındakı sənədlər açılır.

Məhsulun içindən

Hər gün açılan
ekranlar.

Baş plan · A blok9 mərtəbə · 48 mənzil
SatılıbRezervBoş
9495051525354
8434445464748
7373839404142
6313233343536
5252627282930
4192021222324
3131415161718
2789101112
Mənzil 7/40 · 3 otaqlı
Sahə
112.4 m²
1 m² qiyməti
1 850.00 ₼
Müqavilə məbləği
207 940.00 ₼
İlkin ödəniş (30%)
62 382.00 ₼
Hissə-hissə ödəniş9 / 24 ay
Növbəti ödəniş · 01.11.20266 064.92 ₼
Qrafikə uyğun
Satış şöbəsi binanı mərtəbə-mərtəbə görür. Hər mənzilin qiyməti, sahibi və ödəniş qrafiki bir kliklə açılır.
LM
Leyla MəmmədovaCAR-2026-0412 · 2 müqavilə
Borc: 186.40 ₼
Hesab hərəkəti
TarixSənədHesablanıbÖdənilibQalıq
01.08.2026Hesab-faktura · Avqust186.40—186.40
05.08.2026MPAY ödənişi—186.400.00
01.09.2026Hesab-faktura · Sentyabr186.40—186.40
03.09.2026Hesab.az ödənişi—186.400.00
01.10.2026Hesab-faktura · Oktyabr186.40—186.40
Müqavilələr
BC-C-00412Mənzil 14/52 · kommunalAktiv
BC-P-00233Parkinq · 90-XX-515Aktiv
SMS xatırlatma göndərildiBu gün, 16:30
Son ödəniş MPAY ilə03.09.2026 · 186.40 ₼
Müştəriyə nə qədər hesablandığı, nə qədər ödədiyi və borcunun nə qədər qaldığı bir kartda görünür. Müştəri zəng edəndə cavabı axtarmaq lazım gəlmir.
Borc hesabatı18.10.2026 vəziyyətinə · bütün şirkətlər
Hamısına SMS
Ümumi borc5 656.40 ₼
Borclu müştəri5
3 ay+630.00 ₼
Bu ay yığılıb371 240.00 ₼
MüştəriObyektBorc, ₼GecikməSon ödəniş
Kaspi Logistika MMCOfis B-07123 600.002 ay14.08.2026SMS
Rəşad ƏliyevMənzil 3/18540.003 ay02.07.2026SMS
Nur Dizayn MMCOfis C-02041 240.001 ay09.09.2026SMS
Leyla MəmmədovaMənzil 14/52186.401 ay03.09.2026SMS
Elvin QuliyevParkinq 90-XX-51590.004 ay11.06.2026SMS
Cəmi5 656.40
Borclular gecikmə müddətinə görə sıralanır. Bir düymə ilə hamısına xatırlatma göndərmək olar.
Əmək haqqı · Oktyabr 20265 əməkdaş · 2026 vergi qaydaları ilə
Təsdiqə göndər
Hesablanıb9 500.00 ₼
Tutulmalar1 413.50 ₼
Ödəniləcək8 086.50 ₼
İşəgötürən xərci11 232.50 ₼
ƏməkdaşHesablanıbGəlir vergisiDSMFİTS, işsizlikÖdəniləcək
Aysel HüseynovaBaş mühasib3 000.00125.00286.0075.002 514.00
Kamran NəsirovMühəndis2 400.0066.00226.0060.002 048.00
Günay Rzayevaİdarəçi2 000.0054.00186.0050.001 710.00
Tural BabayevTexnik1 200.0030.00106.0030.001 034.00
Səbinə QasımovaKassir900.0021.0076.0022.50780.50
Cəmi9 500.00296.00880.00237.508 086.50
Maaş 2026-cı il vergi qaydaları ilə özü hesablanır: gəlir vergisi, DSMF, işsizlik və tibbi sığorta.

Ekranlardakı adlar və rəqəmlər nümunədir.

İmkanlar

JamPro nələri
sizin yerinizə edir?

Aşağıda sistemin əsas funksiyaları və onların hansı işi asanlaşdırdığı göstərilib. Hamısı bir sistemin içindədir, bir-biri ilə əlaqəlidir və eyni məlumatdan istifadə edir.

Kommunal və icarə

  • Xidmət və icarə müqavilələriYeni abunəçinin müqaviləsi, parkinqi və xidmətləri bir pəncərədə rəsmiləşdirilir.
  • Avtomatik hesablamaHesab-fakturalar və borclar gündə iki dəfə özü hesablanır, ay sonunu gözləmək lazım deyil.
  • Tarixli tariflər və ƏDVTarif dəyişəndə yeni qiymət öz tarixindən tətbiq olunur, keçmiş hesablar pozulmur.
  • ParkinqHər avtomobilin öz tarifi və müqaviləsi var, maşını nömrəsi ilə dərhal tapmaq olur.
  • Xitam və bərpaMüqaviləni bağlayanda bütün hesablaşma bir addımda aparılır, heç nə yarımçıq qalmır.
  • Borc hesabatı və SMSBorclular gecikmə müddətinə görə görünür, xatırlatma SMS-ləri avtomatik gedir.

Ödənişlər və maliyyə

  • MPAY və Hesab.azOnlayn ödəniş gələn kimi aid olduğu borcu bağlayır, əllə tutuşdurmaq lazım gəlmir.
  • Kassa və bank hesablarıMədaxil, məxaric, hesablar arası köçürmə və bank çıxarışı bir yerdə aparılır.
  • Ödəniş tapşırıqlarıBanka göndəriləcək ödənişlər sistemdə hazırlanır və izlənir.
  • İki mərhələli təsdiqSənədi bir nəfər hazırlayır, başqası təsdiqləyir, səhv ödəniş riski azalır.
  • Mühasibat kitabı və ƏDVMilli hesablar planı, ƏDV əvəzləşdirməsi, e-qaimə idxalı və vergi bəyannamələri.
  • Xərclər və anbarSatınalma, anbar qalığı, maya dəyəri, əsas vəsaitlər və amortizasiya.

Əmlak, satış və servis

  • Layihə, bina, mərtəbə, mənzilBütün obyektlər bir strukturda, ofis, mağaza və qarajlar da daxil olmaqla.
  • İnteraktiv baş planHansı mənzilin satıldığı, rezervdə və ya boş olduğu sxemdə bir baxışda görünür.
  • Satış və hissə-hissə ödənişQiymət cədvəli, rezerv, müqavilə və hər alıcının ödəniş qrafiki bir yerdədir.
  • Sahiblik tarixçəsiMənzilin kimə, nə vaxt keçdiyi tarixə görə saxlanılır.
  • İş sifarişləriTəmir və xidmət sorğuları, profilaktik plan və icra nəzarəti bir lövhədə.
  • Çap şablonlarıMüqavilə və aktlar PDF və Word formatında bir kliklə hazırlanır.

Kadrlar və əmək haqqı

  • Əməkdaş kartıVəzifələr, staj, sənədlər və statuslar bir kartda, vacib tarixlər üçün xatırlatma gəlir.
  • Tabel və məzuniyyətİş saatları və məzuniyyət günləri Əmək Məcəlləsinə uyğun hesablanır.
  • Maaş hesablanması2026-cı il vergiləri və sığorta haqları avtomatik tutulur, nəticə mühasibata düşür.
  • İşdən çıxmaKompensasiya və son hesablaşma qanuna uyğun bir axında hazırlanır.
  • İşə qəbulVakansiyalar, namizədlər, müsahibələr və təklif məktubları bir yerdədir.

İntranet və əməkdaşlar

  • Ərizə və sorğularƏməkdaş məzuniyyət, arayış və başqa sorğuları özü göndərir, kadrlar şöbəsi növbədə görür.
  • Şəxsi sənədlərHər əməkdaş öz sənədlərinə kadrlar şöbəsinə müraciət etmədən baxır.
  • Elanlar və xəbər lentiŞirkət daxili xəbərlər bütün əməkdaşlara bir yerdən çatır.
  • Çat və bildirişlərHəmkarlar sistemdən çıxmadan yazışır, vacib hadisələr dərhal bildirilir.
  • TapşırıqlarKimin nə etdiyi və nəyin gecikdiyi görünür.

Bütün sistem üçün

  • Çoxşirkətli işQrupun bütün şirkətləri bir quraşdırmada, hər birinin məlumatı ayrıca saxlanılır.
  • Rollar və səlahiyyətlərHər istifadəçi yalnız öz işinə aid olanı görür.
  • Analitika panelləriGəlir, yığım və borc qrafiklərindən birbaşa sənədin özünə keçmək olur.
  • Excel-dən kütləvi idxalYüzlərlə müştəri və ya obyekt bir fayl ilə yüklənir, səhvlər əvvəlcədən göstərilir.
  • Köhnə sistemdən köçürməMəlumatlar köçürülür və hər rəqəm köhnə sistemlə tutuşdurulur.
  • Audit jurnalı və 3 dilHər dəyişiklik qeyd olunur. Sistem Azərbaycan, rus və ingilis dillərindədir.
Kimlər üçün

Sizin sahənizdə
nə dəyişir?

Yüzlərlə kirayəçi və onlarla tarif olanda hər ay eyni yorucu iş təkrarlanır.

JamPro müqavilənin bağlanmasından ödənişin qəbuluna qədər bütün prosesi avtomatlaşdırır.

  • Yeni müqavilə növbəti hesablamaya özü düşür, ay sonunu gözləmir.
  • Borc hesabatı ilə müştəri kartı qəpiyinə qədər üst-üstə düşür.
  • Kommunal xidmət, icarə və parkinq eyni müştəri kartında görünür.
  • Müqavilənin vaxtı bitməzdən əvvəl sistem xəbər verir.
Bir gün JamPro ilə

JamPro ilə
adi bir iş günü.

Rutin işləri sistem görür, komanda isə vacib işlərlə məşğul olur.

08:55
  1. Rəhbər paneli açır.

    Dünən nə qədər pul yığıldığını, kimin borcunun gecikdiyini və bu ayın gəlirini heç kimə zəng etmədən görür.

  2. Yeni kirayəçi gəlir.

    Müqavilə, parkinq və kommunal xidmət bir pəncərədə rəsmiləşir.

  3. Hesablama özü başlayır.

    Bütün müqavilələr üzrə borclar yenilənir, bunun üçün heç kim düymə basmır.

  4. Müştəri MPAY ilə ödəyir.

    Məbləğ dərhal doğru borcu bağlayır. Mühasibə heç nə daxil etmək qalmır.

  5. Gecikənlərə xatırlatma gedir.

    SMS özü göndərilir. Heç kimə xoşagəlməz zəng etmək lazım gəlmir.

  6. Maaş hesablanır.

    Mühasib bir düymə ilə hesablayır, yazılışı təsdiqə göndərir.

  7. İkinci hesablama. Gün bağlanır.

    Siz isə çoxdan evdəsiniz.

Köçürmə

Köhnə sistemdən keçid
riskli deyil.

Köhnə sisteminizin məlumatlarını JamPro-ya köçürürük və hər rəqəmi yoxlayırıq. Köhnə sistemdə hər müştərinin borcu nə qədər idisə, JamPro-da da qəpiyinə qədər eyni olur.

  1. Köhnə bazanın nüsxəsiBizə yalnız ehtiyat nüsxə və ya Excel faylları lazımdır.
  2. Avtomatik köçürməMüştərilər, müqavilələr, sənədlər, ödənişlər, qalıqlar.
  3. Rəqəm-rəqəm tutuşdurmaHər müştərinin borcu köhnə sistemlə müqayisə olunur.
  4. Öz məlumatlarınızla pilotQərarı öz müştərilərinizi yeni ekranda görəndən sonra verin.
köçürmə · yoxlama hesabatınümunə
Müştərilər
4 812✓
Müqavilələr
6 027✓
Hesab-fakturalar
211 450✓
Ödənişlər
187 903✓
Köhnə sistemlə qalıq borc fərqi0.00 ₼
Köhnə sistemlə qalıq borc fərqi · nümunə
0.00 ₼

Köçürmədən sonra fərq yoxdur.

Hər müştərinin borcu köhnə sistemlə tək-tək tutuşdurulur.

Məlumatlarınız
sizdə qalır.

JamPro sizin serverinizdə işləyir və bütün məlumat bazası sizdə qalır. Kənara yalnız qoşduğunuz ödəniş və SMS xidmətlərinə lazım olan məlumat göndərilir.

Öz serverinizdə

Sistemi buluda köçürmək məcburiyyəti yoxdur. O, sizin infrastrukturunuzda və nəzarətinizdə işləyir.

Şirkətlərin məlumatları ayrıdır

Hər istifadəçi yalnız ona icazə verilən şirkətin məlumatlarını görür.

Kim nəyi görür, siz qərar verirsiniz

Hər vəzifəyə ayrıca səlahiyyət verilir: kassir yalnız kassanı, kadr şöbəsi yalnız əməkdaşları görür.

Hər hərəkətin izi qalır

Kimin nəyi nə vaxt dəyişdiyi audit jurnalında saxlanılır.

Üç dildə

Sistem Azərbaycan, rus və ingilis dillərindədir, hər ekranın öz təlimatı var.

Yerli dəstək

Dəstək komandası yerlidir, sizinlə eyni dildə danışır və eyni saatda işləyir.

Quraşdırma

Bir server.
Sizin nəzarətinizdə.

JamPro üçün adi Windows server kifayətdir. Quraşdırmanı biz edirik, IT şöbənizə isə addım-addım təlimat veririk.

300–500 obyektə qədər · 20 istifadəçi · 1–3 şirkət

Minimal

Prosessor4 vCPUtətbiq və baza bir serverdə
Yaddaş8 GBRAM
Disk100 GBSSD
SistemWS 2016+Windows Server
3 000 obyektə qədər · 75 istifadəçi · holdinq

Tövsiyə olunan

Prosessor8 vCPUbaza ayrıca diskdə və ya serverdə
Yaddaş16–32 GBRAM
Disk250 GBNVMe SSD + ehtiyat nüsxə diski
SistemWS 2022Windows Server
Proqram təminatı
  • IIS 10: WebSocket və Application Initialization
  • .NET 10 Hosting Bundle
  • PostgreSQL 14 və ya daha yeni, tövsiyə 16
Şəbəkə
  • Daxili şəbəkədə statik IP və HTTPS sertifikatı
  • İnternetə çıxış yalnız SMS, MPAY və Hesab.az üçün
  • Uzaqdan dəstək üçün VPN
Etibarlılıq
  • Bazanın gündəlik ehtiyat nüsxəsi, 30 gün saxlanılır
  • Kəsintisiz enerji mənbəyi (UPS)
  • İstifadəçiyə yalnız brauzer lazımdır: Chrome, Edge, Safari
Ödədiyiniz yeganə lisenziya JamPro-nundur.

JamPro açıq mənbəli texnologiyalar üzərində qurulub: .NET, PostgreSQL və Vue. Verilənlər bazası, hesabat aləti və ya başqa komponent üçün ayrıca lisenziya almırsınız. Serverdə yalnız Windows Server lazımdır, o da çox şirkətdə artıq var.

0 ₼əlavə lisenziya xərci

Rəqəmlər tipik yükə görədir. Böyük həcmdə serverin ölçüsünü sizinlə birlikdə dəqiqləşdiririk.

Modul-modul

Yalnız lazım
olanı alın.

Kommunal modulla başlayıb sonra maaş modulunu əlavə edə bilərsiniz. Yeni modul mövcud sistemdə sadəcə aktivləşdirilir, heç nə yenidən qurulmur və məlumat köçürülmür.

Öz rəqəmləriniz

Excel sizə
neçəyə başa gəlir?

Komandanızın hər həftə əl işinə nə qədər vaxt sərf etdiyini daxil edin və bunun ildə nəyə başa gəldiyini görün.

İldə əl işinə gedən vaxt
2 880 saat
34 560 ₼ ildə

Bu, 1.5 əməkdaşın bütün ilini yalnız cədvəl doldurmağa sərf etməsi deməkdir.

Hesablama yalnız sizin daxil etdiyiniz rəqəmlərə əsaslanır: ildə 48 iş həftəsi, ayda 160 iş saatı.

Satış şərtləri

Qiymətlər açıqdır,
gizli xərc yoxdur.

İllik lisenziyaya yeniləmələr və yerli dəstək daxildir, başqa proqram lisenziyası almırsınız. Qiymət şirkətinizin ölçüsündən, yəni obyektlərin, əməkdaşların və şirkətlərin sayından asılıdır.

Kiçik biznes mərkəzi, MTK

Başlanğıc

6 000 ₼ / il
ayda 500 ₼
  • Kommunal və icarə, Əmlak
  • 300 obyektə qədər
  • 1 şirkət, 10 istifadəçi
  • Hesablama, borc, SMS, onlayn ödəniş
Tövsiyə edirik
Biznes mərkəzi, idarəçilik şirkəti

Biznes

15 000 ₼ / il
ayda 1 250 ₼
  • Başlanğıcdakı hər şey
  • Mühasibat və Xərclər
  • 1 000 obyektə qədər
  • 3 şirkət, 25 istifadəçi
Holdinq, tikinti şirkəti

Holdinq

36 000 ₼ / il
ayda 3 000 ₼
  • Bütün 8 modul
  • 3 000 obyektə qədər
  • 10 şirkət, 75 istifadəçi
  • 300 əməkdaşa qədər kadr və maaş

Böyüdükcə əlavə edin

+100 obyekt
1 200 ₼ / il
+100 əməkdaş (kadr və maaş)
3 000 ₼ / il
+1 şirkət
600 ₼ / il
+10 istifadəçi
900 ₼ / il
Mənzil satışı
3 600 ₼ / il
Mühasibat
4 800 ₼ / il
Xərclər və anbar
3 600 ₼ / il
İntranet
2 400 ₼ / il
Pilot öz məlumatlarınızla
1 500 – 2 500 ₼

Köhnə bazanızı köçürürük, nəticəni özünüz yoxlayırsınız. Sistemi alsanız, bu məbləğ ilk ilin ödənişindən çıxılır.

Qurulma və köçürmə
ilk ilin 25–35%-i, ən azı 2 500 ₼

Bir dəfəlik. Serverə quraşdırma, köhnə məlumatların köçürülməsi, komandanın öyrədilməsi.

Daimi lisenziya da mümkündür
illik qiymətin 2.5 misli

Bir dəfə ödəyirsiniz və lisenziya müddətsiz qalır. İkinci ildən yeniləmə və dəstək üçün illik 20%.

Qiymətlər ƏDV-siz göstərilib. Sistem sizin serverinizdə işləyir. Daha böyük həcm üçün fərdi təklif hazırlayırıq.

Növbəti addım

Öz rəqəmlərinizlə
yoxlayın.

Köhnə sisteminizin məlumatlarını bizə verin, biz onları JamPro-ya köçürək. Öz müştərilərinizi və borclarınızı yeni sistemdə görəndən sonra qərar verərsiniz.

support@jampro.az

Pilot öz məlumatlarınızla, sizin serverinizdə aparılır.